MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Xəbərlər

Nayrobidə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının 3-cü sessiyası çərçivəsində beynəlxalq media üçün brifinq təşkil olunub
UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev bu gün Keniya Respublikasının paytaxtı Nayrobidə beynəlxalq mediaya 17-22 may 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıqlar barədə məlumat veriblər
25 noyabr 2025
Diplomatik korpus nümayəndələri üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) dair məlumatlandırma sessiyası keçirilib
Noyabrın 17-də Bakının 2026-cı ildə ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün hibrid formatda məlumatlandırma sessiyası keçirilib.
17 noyabr 2025
Anar Quliyev COP30 çərçivəsində “Qeyri-rəsmi məskunlaşma, ərazilərin transformasiyası və mənzil təminatı” mövzusunda yüksəksəviyyəli dəyirmi masada iştirak edib
Noyabrın 12-də Komitə sədri Anar Quliyev COP30 çərçivəsində keçirilən Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlər İclasında “Qeyri-rəsmi məskunlaşma, ərazilərin transformasiyası və mənzil təminatı” mövzusuna həsr olunan yüksəksəviyyəli dəyirmi masada iştirak edib.
12 noyabr 2025