MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

İncəsənət və Muzeylər

Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

Kitabxananın rəsmi açılışı 23 may 1923-cü ildə baş tutmuşdur. 1939-cu ildə isə kitabxanaya görkəmli mütəfəkkir, dramaturq və maarifçi adı verilmişdir.

Zəngin fonda Azərbaycan kitab mədəniyyətinin ən qədim nümunələri, litoqrafiya üsulu ilə çap olunmuş əsərlər, ilk çap kitabları və XIX əsrə aid dövri nəşrlər daxildir. Nadir Kitablar və Kitabxana Muzeyi şöbəsində 20-yə yaxın dildə nəşr olunmuş ən qədim kitablar, müxtəlif elm sahələrinə aid fundamental tədqiqat əsərləri, qiymətli plakat və xəritə kolleksiyaları, eləcə də ensiklopedik və məlumat ədəbiyyatı qorunur.

Kitabxanada Azərbaycan dilində nəşrlərlə yanaşı, müxtəlif xarici dillərdə çap olunmuş zəngin ədəbiyyat fondu da mövcuddur.

Nizami Kino Mərkəzi

Nizami Kino Mərkəzi

Nizami Kino Mərkəzi Bakının ən tanınmış kinokomplekslərindən biridir. Mərkəz görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Bina 1934-cü ildə memarlar Sadıq Dadaşov və Mikayıl Useynovun layihəsi əsasında inşa edilmişdir.

Nizami Kino Mərkəzində həm yerli, həm də xarici filmlər nümayiş olunur. Bundan əlavə, burada müxtəlif film festivalları, təqdimatlar, mədəni tədbirlər və kino ilə bağlı xüsusi layihələr təşkil edilir.

Şəhərin mərkəzində yerləşən bu kinokompleks həm yerli sakinlər, həm də turistlər üçün rahat və cəlbedici istirahət məkanıdır. Müasir interyeri və zəngin film proqramı ilə Nizami Kino Mərkəzi Bakının kino mədəniyyətinin mühüm hissəsi hesab olunur.

Azərbaycan Dövlət Kukla Teatrı

Azərbaycan Dövlət Kukla Teatrı

Peşəkar  kukla teatrının tarixi 1931-ci il ilə bağlıdır. Teatr öz ilk tamaşasını — “Sirk” adlı səhnə əsərini 1932-ci ilin aprel ayında təqdim etmişdir. 

Teatrın yerləşdiyi bina 1910-cu ilin iyun ayında istifadəyə verilmiş və “Fenomen” adlı kinoteatr kimi fəaliyyət göstərmişdir. Bu bina Bakıda inşa olunmuş ilk kinoteatr binalarından biri hesab olunur. Tikili polyak memar Yuzef Ploşkonun layihəsi əsasında Renessans üslubunda inşa edilmişdir.

Hazırda teatrın repertuarında 46 tamaşa mövcuddur ki, onlardan 4-ü böyüklər üçün nəzərdə tutulmuşdur. Tamaşalar hər həftə cümə, şənbə və bazar günləri nümayiş olunur.

Azərbaycan Dövlət Yuğ Teatrı

Azərbaycan Dövlət Yuğ Teatrı

Yuğ Teatrı 18 oktyabr 1989-cu ildə yaradılmışdır. Yarandığı gündən etibarən teatrda 150-dən çox tamaşa səhnələşdirilmişdir.

Teatr illər ərzində həm klassik şair və yazıçıların, həm də müasir Azərbaycan müəlliflərinin əsərləri əsasında müxtəlif tamaşalar hazırlamışdır.

Yuğ Dövlət Teatrı bir çox beynəlxalq və respublika festivallarında uğurla iştirak etmişdir. “Psixosof” teatr poetikası əsasında fəaliyyət göstərən teatr mütəmadi olaraq müxtəlif yaradıcılıq layihələrində də yer alır. etmişdir. “Psixosof” teatr poetikası əsasında fəaliyyət göstərən teatr mütəmadi olaraq müxtəlif yaradıcılıq layihələrində də yer alır. 

Azərbaycan Dövlət Pantomim Teatrı

Azərbaycan Dövlət Pantomim Teatrı

Azərbaycan Dövlət Pantomim Teatrı Azərbaycan teatr tarixində ilk pantomim teatrıdır. Bu teatr növünün əsas üstünlüklərindən biri onun universal dilə malik olmasıdır, yəni tamaşalar heç bir dil maneəsi olmadan izləyicilər tərəfindən başa düşülür.

Azərbaycanda pantomim teatrının banisi Bəxtiyar Xanızadədir. Fəaliyyət göstərdiyi 33 il ərzində Azərbaycan Dövlət Pantomim Teatrında 64 tamaşa səhnələşdirilmişdir.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 1928-ci ildə həvəskar uşaq dram dərnəkləri əsasında yaradılmışdır.

Fəaliyyət göstərdiyi 98 il ərzində teatr uşaqlara və yeniyetmələrə mənəvi dəyərlər, xeyirxahlıq və vətənpərvərlik ruhunda tərbiyə verilməsində mühüm rol oynamışdır.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

10 mart 1873-cü ildə Bakı realnı məktəbinin şagirdlərinin iştirakı ilə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası əsasında hazırlanan tamaşanın səhnələşdirilməsi ilə peşəkar milli teatrın əsası qoyulmuşdur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tarixi ümumilikdə Azərbaycan teatrının tarixi ilə sıx bağlıdır.

Teatrın hazırkı binasının tikintisinə 27 avqust 1954-cü ildə başlanmış və altı ildən sonra tamamlanaraq istifadəyə verilmişdir.

Bakının mərkəzi hissəsində yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu gün də ölkənin ən mühüm mədəniyyət ocaqlarından biri kimi fəaliyyət göstərir və həm yerli tamaşaçılar, həm də turistlər üçün cəlbedici mədəni məkan hesab olunur.hesab olunur.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Azərbaycan milli musiqili komediya janrı XX əsrin əvvəllərində yaranmışdır. Opera Azərbaycan milli musiqili komediya janrı XX əsrin əvvəllərində yaranmışdır. Opera janrında olduğu kimi, bu janrın da banisi Üzeyir Hacıbəyli olmuşdur.

Onun 1909-cu ildə yazdığı “Ər və arvad” musiqili komediyası ilk dəfə 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında səhnələşdirilmişdir. Məhz bu tamaşa ilə Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur.

Bu gün teatrın repertuarında təxminən 50 tamaşa yer alır. Böyük bəstəkar Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının səhnələşdirilməsi ilə 1910-cu ildə əsası qoyulan və zəngin yaradıcılıq yolu keçən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı fəaliyyətini Bakıda 1883-cü ildə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə tikilmiş ilk teatr binasında davam etdirir. Binanın layihələndirilməsi və tikintisinə mühəndis-memar Lemkul rəhbərlik etmişdir.

1922–1960-cı illərdə bu binada Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı fəaliyyət göstərmişdir. 1988-ci ildə bina qəzalı vəziyyətdə olduğu üçün sökülmüş və yerində yeni bina tikilməyə başlanmışdır. Yeni binanın tikintisinin başa çatdırılmasına xüsusi diqqət yetirən Ümummilli Lider Heydər Əliyev 10 oktyabr 1998-ci ildə keçirilən açılış mərasimində də iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2010-cu il tarixli sərəncamına əsasən teatr əsaslı təmir və bərpa olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 2013-cü il tarixli 287 nömrəli Qərarı ilə teatrın adını Azərbaycan Dövlət Musiqili Teatrı olaraq dəyişdirilmişdir. Daha sonra 5 mart 2019-cu il tarixli Sərəncamla teatr sənətinə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə teatra “Akademik” statusu verilmişdir.

Rəşid Behbudov Adına Azərbaycan Dövlət Mahnı Teatrı

Rəşid Behbudov Adına Azərbaycan Dövlət Mahnı Teatrı

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə Rəşid Behbudovun təşəbbüsü ilə yaradılmış və qısa müddətdə Azərbaycan musiqisinin təbliği üçün mühüm səhnələrdən birinə çevrilmişdir. Yarandığı gündən etibarən milli musiqinin inkişafına və Azərbaycan mahnı sənətinin geniş auditoriyaya təqdim olunmasına xidmət edir.

Teatrın binası Bakının mərkəzi hissəsində yerləşir. Burada keçirilən konsertlər, musiqili proqramlar və müxtəlif tədbirlər paytaxtın mədəni həyatına özünəməxsus rəng qatır.

Beynəlxalq Muğam Mərkəzi

Beynəlxalq Muğam Mərkəzi

Beynəlxalq Muğam Mərkəzi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği məqsədilə həyata keçirilən layihələr çərçivəsində 2005-ci ildə Bakıda yaradılmışdır. Mərkəzin əsas məqsədi Azərbaycan muğamını dünyada geniş şəkildə tanıtmaqdır.

Mərkəzin binası özünəməxsus memarlıq üslubu ilə seçilir. Onun layihəsi Azərbaycan musiqisinin ən qədim alətlərindən biri olan tar formasından ilhamlanaraq hazırlanmışdır. Müasir memarlıq elementlərinin milli motivlərlə vəhdəti binaya xüsusi gözəllik və unikallıq verir. Buna görə də Beynəlxalq Muğam Mərkəzi təkcə musiqi məkanı kimi deyil, həm də Bakının müasir memarlıq nümunələrindən biri kimi tanınır.

Hazırda mərkəzdə iki yaradıcılıq kollektivi fəaliyyət göstərir. Burada tanınmış muğam ustalarının konsertləri, muğam gecələri, beynəlxalq konfranslar və müxtəlif festivallar təşkil olunur.

Müslüm Maqomayev Adına Azərbaycan Dövlət Akademik Filarmoniyası

Müslüm Maqomayev Adına Azərbaycan Dövlət Akademik Filarmoniyası

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının binası 1910–1912-ci illərdə “İctimai yığıncaqlar üçün Yay klubu” kimi inşa edilmişdir. 1920-ci ildən etibarən bu binada müxtəlif musiqi kollektivləri, orkestr və musiqisevərlər toplaşmağa başlamışdırlar. 25 may 1936-cı ildə isə Filarmoniya Azərbaycanda rəsmi fəaliyyətə başlamışdır.

Azərbaycan Dövlət Akademik Filarmoniyası klassik musiqinin təbliği və inkişafında mühüm rol oynayır. Filarmoniya öz kollektivləri ilə yanaşı, mütəmadi olaraq müxtəlif ölkələrdən tanınmış solistlərin iştirakı ilə konsert proqramları təşkil edir.

Azərbaycan Dövlət Akademik Opera Və Balet Teatrı

Azərbaycan Dövlət Akademik Opera Və Balet Teatrı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ölkənin əsas mədəniyyət mərkəzlərindən biri kimi və milli, klassik opera və balet sənətinin inkişafında mühüm rol oynayır.

Teatr binası 1910-cu ildə inşa edilmişdir. Azərbaycan Şərqdə opera janrının yarandığı ilk ölkədir. Hazırda 116-cı mövsümünü yaşayan Opera və Balet Teatrının repertuarı zəngin və rəngarəngdir — burada 40-a yaxın milli və klassik opera, həmçinin 35-dən çox balet tamaşası səhnələşdirilir.

Hazırda teatr binasında genişmiqyaslı təmir işləri aparılır. Bu səbəbdən tamaşalar Heydər Əliyev Sarayında, eləcə də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında təqdim olunur.

Heydər Əliyev Sarayı

Heydər Əliyev Sarayı

Heydər Əliyev Sarayı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır və ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Saray 1972-ci ildə istifadəyə verilmişdir. Paytaxtın ən tanınmış memarlıq abidələrindən biri olan bu məkan ən nüfuzlu dövlət tədbirlərinin keçirildiyi xüsusi bir mərkəz kimi fəaliyyət göstərir.

Heydər Əliyev Sarayı Bakının mədəni həyatını yaxından hiss etmək üçün ideal məkanlardan biridir. Burada keçirilən tədbirlər vasitəsilə şəhərə gələn qonaqlar Azərbaycan musiqisi, incəsənəti və səhnə mədəniyyəti ilə canlı şəkildə tanış olmaq imkanı əldə edirlər. Sarayın şəhərin mərkəzində yerləşməsi isə turistlər üçün onu daha əlçatan edir.

Cəfər Cabbarlı Adına Azərbaycan Dövlət Teatr Muzeyi

Cəfər Cabbarlı Adına Azərbaycan Dövlət Teatr Muzeyi

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılmışdır. Muzeyin fondlarında 140 mindən çox eksponat saxlanılır.

Burada Azərbaycanda peşəkar teatrın yaranmasından bu günə qədər müxtəlif janrlarda səhnələşdirilmiş tamaşaların proqram və afişaları qorunur. Eyni zamanda muzeydə əlyazmalar, aktyorların rol dəftərləri, rejissor qeydləri, xatirə əşyaları, müxtəlif tamaşalara aid fotoşəkillər və neqativlər təqdim olunur.

Muzeyin kolleksiyasında səhnə quruluşları üçün hazırlanmış dekorasiya və kostyum eskizləri, səhnə maketləri, teatr obrazları üçün tikilmiş geyimlər və müxtəlif səhnə rekvizitləri də mühüm yer tutur.

Azərbaycan İstiqlal Muzeyi

Azərbaycan İstiqlal Muzeyi

Azərbaycan İstiqlal Muzeyi 1919-cu ildə Parlament binasında ictimai əsaslarla yaradılmış ilk dövlət muzeyidir. 1991-ci ildə isə bu muzey əvvəlki İstiqlal Muzeyinin mədəni varisi kimi yenidən fəaliyyətə başlamışdır.

Muzey Azərbaycanın dövlətçilik tarixini əks etdirən siyasi-tarixi muzeydir və burada 22 mindən çox eksponat qorunur. Muzeyin ekspozisiyası altı zaldan ibarətdir.

Bu zallarda Azərbaycan Respublikasının dövlət rəmzləri, xanlıqlar dövrünə aid materiallar, XIX əsrin sonu – XX əsrin əvvəllərində Şimali və Cənubi Azərbaycanda baş verən hadisələr, repressiya illəri və İkinci Dünya müharibəsi, Qarabağ müharibəsi, 20 Yanvar faciəsi, eləcə də Azərbaycanın müstəqillik dövrü ilə bağlı eksponatlar nümayiş etdirilir. 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildə yaradılmışdır. Muzeyin əsas məqsədi Azərbaycan musiqi tarixini əks etdirən materialların toplanması, qorunması, tədqiqi və təbliğidir.

Muzeyin fondlarında 63 mindən çox eksponat saxlanılır. Buraya tar, kamança, saz, qaval, qoşa nağara, zurna və ney kimi milli musiqi alətləri, eləcə də asa-tar və asa-saz kimi nadir alətlər daxildir. Muzeydə həmçinin orta əsrlərdə geniş istifadə olunmuş və sonradan bərpa edilərək yenidən musiqi dövriyyəsinə qaytarılmış Şərq musiqi alətləri də nümayiş etdirilir. Dünyanın müxtəlif xalqlarına aid musiqi alətləri xüsusi kolleksiyada təqdim olunur.

Muzeydə muğam və aşıq sənətinin görkəmli ifaçılarına məxsus not əlyazmaları, məktublar, şəxsi əşyalar, afişalar, proqramlar, fotoşəkillər, təsviri incəsənət nümunələri, kitablar və digər materiallar qorunur.

Burada, həmçinin milli professional bəstəkarlıq məktəbinin tanınmış nümayəndələri — Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirov, eləcə də Azərbaycan vokal məktəbinin banisi Bülbül, görkəmli müğənni Şövkət Məmmədova və ilk azərbaycanlı balerina Qəmər Almaszadəyə aid materiallar da saxlanılır.

Muzey Mərkəzi

Muzey Mərkəzi

Muzey Mərkəzi Bakıda yerləşən mühüm mədəni və sərgi komplekslərindən biridir. Bina 1961-ci ildə inşa edilmişdir.

Bu mərkəzdə müxtəlif muzeylər və sərgi zalları, incəsənət qalereyaları, həmçinin konfrans və tədbir zalları fəaliyyət göstərir. Burada milli tarix, incəsənət və müasir mədəniyyət nümunələrini əks etdirən sərgilər, eləcə də beynəlxalq layihələr, təqdimatlar və elmi tədbirlər təşkil olunur.

Muzey Mərkəzi, eyni zamanda konsertlər, yaradıcılıq gecələri, kitab təqdimatları və digər mədəni proqramların keçirildiyi çoxfunksiyalı mədəni məkan kimi də tanınır. Mərkəz paytaxtın mədəni həyatında mühüm rol oynayır və həm yerli sakinlərin, həm də turistlərin maraq göstərdiyi məkanlardan biridir.

Muzey Mərkəzinin tərkibində bir neçə muzey fəaliyyət göstərir. Bunlara Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, eləcə də Muzey Mərkəzinin Sərgi Qalereyası daxildir. 

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi Bakının ən möhtəşəm və müasir memarlıq abidələrindən biridir. Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur və ölkənin mədəni həyatında mühüm yer tutur.

Mərkəzin binası məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilmişdir. Onun dalğavari və axıcı forması müasir memarlığın ən diqqətçəkən nümunələrindən biri hesab olunur. Binanın qeyri-adi dizaynı kəskin bucaqların olmaması və hamar xətlərin harmoniyası ilə seçilir. Bu xüsusiyyətlər tikiliyə həm estetik gözəllik, həm də özünəməxsus memarlıq üslubu verir.

Mərkəzin daxilində sərgi zalları, konfrans otaqları, muzey bölməsi və müxtəlif mədəni tədbirlər üçün geniş sahələr mövcuddur. Ziyarətçilər burada Azərbaycanın zəngin mədəni irsi ilə tanış olmaqla yanaşı, müasir incəsənət nümunələrini də görə bilirlər.

Bu gün Heydər Əliyev Mərkəzi Bakının ən məşhur turizm məkanlarından biri hesab olunur. Möhtəşəm memarlığı, geniş sərgi imkanları və zəngin mədəni proqramları ilə bu mərkəz paytaxtın müasir simasını əks etdirən ən vacib mədəniyyət ocaqlarından biridir.

Nizami Gəncəvi Adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Nizami Gəncəvi Adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Nizami Gəncəvinin adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 1939-cu ildə yaradılmışdır. Muzey 1945-ci ildə geniş ictimaiyyət üçün açılmış, 2009-cu ildə isə bina əsaslı şəkildə yenidən təmir olunmuşdur.

Muzeyin ekspozisiyası Azərbaycan ədəbiyyatının qədim dövrlərdən müasir dövrə qədər olan inkişaf mərhələləri haqqında məlumat verir. Burada görkəmli yazıçıların əlyazmaları, məşhur xəttatların kalliqrafiya nümunələri, klassik ədəbi əsərlərə çəkilmiş miniatürlər, Azərbaycan müəlliflərinin əsərləri, sənədli fotoşəkillər, xalq yaradıcılığı nümunələri, müxtəlif tarixi dövrlərə aid sikkələr, qədim xalçalar, keramika və tunc qablar, eləcə də maddi mədəniyyətin digər nümunələri nümayiş olunur.

Azərbaycan Milli Xalça Muzeyi

Azərbaycan Milli Xalça Muzeyi

Azərbaycan Milli Xalça Muzeyi 1967-ci ildə yaradılıb və xalçaçılıq sənətinə həsr olunmuş dünyada ilk muzey hesab olunur. Bu sənət UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2014-cü ildən etibarən muzey Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə layihəsi əsasında tikilmiş yeni binada fəaliyyət göstərir.

Muzeyin binası müasir memarlıq üslubunda inşa olunub və bükülmüş xalça formasındadır. Bu unikal tikili Bakı bulvarı ərazisində yerləşir və qeyri-adi görünüşü ilə həm şəhər sakinlərinin, həm də turistlərin diqqətini cəlb edir. Binanın memarı avstriyalı Franz Yanzdır.

Muzeyin kolleksiyasında 10 mindən çox eksponat saxlanılır. Buraya xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii metal nümunələri, keramika, şüşə, ağac və kağızdan hazırlanmış əşyalar, tekstil və tikmə nümunələri, həmçinin zərgərlik məmulatları daxildir. Bu eksponatlar Tunc dövründən müasir dövrə qədər olan zaman aralığını əhatə edir və əsasən XVII–XX əsrlərə aiddir.

Muzey uşaqlar və yeniyetmələr üçün müxtəlif ustad dərsləri və dərnəklər təşkil edir. Bu fəaliyyətlər vasitəsilə onlar xalça toxuma üsullarını, naxışların mənasını və xalça kompozisiyasının quruluşunu öyrənirlər.

Bundan əlavə, muzey görmə, eşitmə və hərəkət məhdudiyyətli insanlar üçün xüsusi inklüziv proqramlar da həyata keçirir.

Milli Azərbaycan Tarixi Muzeyi

Milli Azərbaycan Tarixi Muzeyi

Milli Azərbaycan Tarixi Muzeyi 1920-ci ildə yaradılıb və Azərbaycanın ilk xeyriyyəçilərindən olan Hacı Zeynalabdin Tağıyevin keçmiş yaşayış binasında yerləşir. 

Muzeyin binasının fasadı zərif bəzək elementləri və naxışlarla zənginləşdirilib, interyeri isə dövrün sənətkarlıq ənənələrini əks etdirir. Tağıyevin yaşadığı ev olmaqla yanaşı, Azərbaycan tarixi və mədəniyyəti üçün də böyük bir irs mənbəyidir.

Muzeydə Azərbaycanın qədim dövrlərdən müasir dövrə qədərki tarixini əks etdirən 300 mindən çox eksponat sərgilənir. Muzeyin kolleksiyasında daş dövründən başlayaraq arxeoloji tapıntılar, silahlar, bədii sənət əsərləri, milli geyimlər, etnoqrafik materiallar və qədim əlyazmalar mövcuddur. Muzeydə Azərbaycan xalqının tarixi inkişaf mərhələləri, mədəni irsi və mədəniyyətinin ən önəmli nümunələri nümayiş olunur. 

Muzeydə orta əsr Azərbaycan mədəniyyətini və tarixini əks etdirən sənət əsərləri, sikkələr, məişət əşyaları, əlyazmalar və dini məmulatlar da var. Xüsusilə Azərbaycanın zəngin xalçaçılıq sənətinin nümunələri, eləcə də qədim musiqi alətləri və toxuculuq sənəti eksponatları diqqəti cəlb edir. Yeni dövr Azərbaycan tarixinə aid olan bölmələrdə XIX-XX əsrlərə aid sənədlər, fotoşəkillər və Azərbaycan xalqının ictimai-siyasi həyatını əks etdirən materiallar nümayiş olunur. Muzeyin son bölməsində isə müasir Azərbaycanın tarixi və müstəqillik dövrünə aid eksponatlar qorunur. 

Azərbaycan Milli İncəsənət Muzeyi

Azərbaycan Milli İncəsənət Muzeyi

Azərbaycan Milli İncəsənət Muzeyi ölkənin aparıcı mədəniyyət ocaqlarından biridir. Muzeyin tarixi 1920-ci ildə yaradılmış Azərbaycan Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən təsviri sənət şöbəsi ilə başlanmışdır. 1936-cı ildə həmin şöbənin bazasında Azərbaycan Dövlət İncəsənət Muzeyi təsis edilmişdir.

Muzey Bakının mərkəzində yerləşən iki tarixi memarlıq abidəsində – "Lev de Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası"nın binalarında fəaliyyət göstərir. XIX əsrin sonlarında inşa olunmuş bu binalar Bakı şəhərinin memarlıq simasının formalaşmasında mühüm rol oynamışdır. 2013-cü ildə hər iki bina müasir üslubda inşa edilmiş şüşə-polad konstruksiyalı keçid vasitəsilə birləşdirilərək vahid muzey kompleksi yaradılmışdır. Yeni mərkəzi korpusda əsasən müasir incəsənət sərgiləri nümayiş etdirilir.

Muzey fondunda rəngkarlıq, qrafika, heykəltaraşlıq, tikmə sənəti, metal məmulatları, arxeoloji keramika və çini nümunələri daxil olmaqla 18 mindən çox eksponat qorunur. Azərbaycan incəsənətinin müxtəlif tarixi mərhələlərini əks etdirən əsərlərlə yanaşı, kolleksiyada Qərbi Avropa, Şərq və rus incəsənətinin nadir nümunələri də yer alır. Muzeydə XVI–XIX əsrlərə aid zəngin Qərbi Avropa rəngkarlıq kolleksiyası, həmçinin rus avanqard sənətinə aid əsərlər mövcuddur.

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Nizami küçəsində yerləşən bu əzəmətli bina Barokko, Rokoko və Əndəlüs memarlıq üslublarının elementlərini özündə birləşdirir. Mayılov qardaşları tərəfindən 1911-ci ildə inşa edilmiş binanın maraqlı tarixçəsi var, belə ki, bina qardaşlardan birinin qastrola gələn soprano müğənniyə aşiq olmasından və xanımın Bakıda uyğun opera teatrı olmadığı üçün bura qayıtmaqdan imtina etməsindən sonra cəmi 10 aya tikilmişdir.

Bu gün burada “Leyli və Məcnun”, “Şah İsmayıl”, “Arşın mal alan” və “Koroğlu” kimi klassik Azərbaycan şah əsərlərini, həmçinin xarici opera və balet tamaşalarını izləmək mümkündür.

Azərbaycan Dövlət Akademik Filarmoniyası

Azərbaycan Dövlət Akademik Filarmoniyası

Filarmoniya bağında yerləşən bu nəfis, açıq sarı rəngli bina Avropa memarlığından, xüsusən məşhur Monte Karlo kazinosunun memarlıq üslubundan ilhamlanaraq inşa edilmişdir. 1910–1912-ci illərdə Bakı neft bumunun ən yüksək dövründə inşa edilmiş bu bina əvvəlcə şəhər elitasının sosial görüş və istirahət məkanı kimi xidmət göstərmişdir. 1920-ci ildən sonra yerli musiqi ansamblları və orkestrlər tərəfindən istifadə edilən bu bina 1936-cı ildən etibarən Filarmoniya binası kimi fəaliyyət göstərir.

Bu gün də burada mütəmadi olaraq konsertlər keçirilir və bu məkan həm milli, həm də klassik Azərbaycan musiqisini dinləmək üçün ən gözəl guşələrdən biridir.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Bakının ən mərkəzi hissəsində yerləşən və Bulvara baxan bu binanın tarixi əsrin sonlarından bu günə qədər Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. 2011-2013-cü illərdə yenidən qurulan teatr (1883-cü ildəki inqilabdan əvvəlki Azərbaycandan başlayaraq) Sovet illərini və 1991-ci ildən sonrakı müstəqillik dövrünü əhatə edən üç dövrün musiqi hərəkatının rəmzidir. 

Üzeyir Hacıbəyli, 1909-cu ildə yazdığı “Ər və arvad” tamaşasını 1910-cu ildə səhnələşdirilərək Azərbaycanda musiqili teatrın əsasını qoymuşdur. Yarandığı andan günümüzədək teatr bir çox tanınmış simalar yetişmişdir. Bu gün ziyarətçilər Azərbaycanin yeni və ənənəvi musiqili tamaşalarından və binanın nəfis interyerindən zövq ala bilərlər.

Beynəlxalq Muğam Mərkəzi

Beynəlxalq Muğam Mərkəzi

Muğamın kökləri Şərq musiqi mədəniyyətinin dərinliklərinə gedib çıxır. Bu bənzərsiz janr əsrlər boyu nəsildən-nəslə ötürülən bir xəzinə olmuşdur. 2003-cü ildə UNESCO tərəfindən şah əsəri elan olunan, 2008-ci ildə isə Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilən muğamın əhəmiyyəti qlobal səviyyədə qəbul edilir və Azərbaycan onun beşiyi hesab olunur. Bu ehtiram təkcə janrın tarixi əhəmiyyətini deyil, həm də onun bugünkü mədəni mənzərəyə davamlı təsirini vurğulayır. 

Azərbaycanda muğam ənənəsi Qarabağda, xüsusilə də Şuşada müxtəlif dövrlərdə keçirilən musiqi festivalları ilə daha da zənginləşmişdir. Bu məclislər muğamın incəliklərini araşdırmaq üçün şairlər, musiqiçilər və ziyalıların bir araya gəldikləri yaradıcılıq görüşləri idi.