Mövzular
WUF13 əsas diqqəti qlobal mənzil böhranına yönəldərək layiqli mənzil təminatını insan hüquqlarının, eləcə də təhlükəsiz, davamlı və inklüziv şəhərlərin təməli kimi təqdim edir.
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan forum çərçivəsində qlobal mənzil böhranından çıxış yolları, qeyri-rəsmi yaşayış məskənlərinin transformasiya imkanları, mənzil və iqlim dəyişiklikləri arasındakı əlaqə, mənzil təminatının sosial və iqtisadi aspektləri, eləcə də böhranlardan sonra bərpa və yenidənqurma proseslərində mənzil təminatının rolu təhlil ediləcək.
WUF13 hökumətləri, yerli idarəetmə orqanlarını, vətəndaş cəmiyyətini, akademik dairələri, peşəkar birlikləri və özəl sektoru bir araya gətirərək qabaqcıl təcrübə və bilik mübadiləsinə şərait yaradacaq.
WUF13-ün məqsədi yüksək səviyyəli görüşlər, dialoqlar və tərəfdaş tədbirləri vasitəsilə dayanıqlı şəhərsalma və DİM11-in uğurla tətbiqi istiqamətində birgə fəaliyyəti sürətləndirməkdir.
- Dialoq 1: Qlobal mənzil böhranı: Çıxış yolu nədir?
Dünyanın bir çox şəhərlərində əlçatan mənzil təminatında yaranan problemlər hökumətlər, özəl sektor və qeyri-kommersiya təşkilatları tərəfindən necə həll olunur? - Dialoq 2: Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası
Bu dialoq qeyri-rəsmi yaşayış məskənlərinin inzibati sanksiya tədbirlərinə müraciət etmədən necə transformasiya ediləcəyini, eləcə də sakinlər üçün daha yüksək keyfiyyətli xidmət və infrastrukturun hansı yollarla təmin olunacağını müzakirəyə çıxarır. - Dialoq 3:Böhran sonrası şəhərlərin bərpası və yenidən qurulmasında mənzil təminatı
Layiqli mənzil təminatını prioritetləşdirərəkböhrandan sonrakı yenidənqurma prosesinin müəyyənləşdirilməsi, həmçinin şəhərlərin planlaşdırma və mənzil siyasətlərinə sakinlərin məcburi köçürülməsi nəticəsində yaranan problemlərin inteqrasiyası üçün nə etmək lazımdır? - Dialoq 4: İqlim və mənzil siyasəti arasındakı əlaqə
Bu dialoq iqlimədavamlı mənzil siyasətinin məcburi köçürülmə və gentrifikasiyaya səbəb olmaması üçün nə etmək lazım olduğunu araşdırır, həmçinin yeni mənzil təşəbbüslərinin yalnız dekarbonizasiya prosesinə deyil, həm də insan amilinə yönəldilməsinin vacibliyini nəzərdən keçirir. - Dialoq 5: Mənzil təminatının sosial və iqtisadi təsiri
Dialoq mənzilin həm iqtisadi artım və rifahın aparıcı qüvvəsi kimi oynadığı rolunu, həm də müxtəlif bölgələr, əhali qrupları və ölkələr üzrə sosial hüquq və təminatların qorunması zərurətini uzlaşdırmağın yollarını araşdıracaq, həmçinin, bu məqsədin həyata keçirilməsində yerli hökumətlərin verə biləcəyi töhfələrə də diqqət yetirəcək. - Dialoq 6: Mənzil təminatının maliyyələşdirilməsi üzrə yeni yanaşmalar
Ənənəvi mənzil maliyyələşdirilməsinə alternativlər yaransa da, bu alternativlər hələ də lazımi səviyyədə tanınmır. Mənzil təminatında inklüziv, dayanıqlı və müxtəlif ehtiyacları operativ surətdə qarşılayan mənzil maliyyələşdirilməsi üzrə “yeni razılaşma” necə bir yanaşmanı ehtiva edir?