MENYU
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ

Xəbərlər

Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
17-22 may 2026-ci il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində media nümayəndələri üçün WUF13 Azərbaycan Əməliyyat Şirkətinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA Agentliyi) birgə təşkilatçılığı ilə “WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu” mövzusunda məlumatlandırma sessiyası keçirilib.
23 fevral 2026
WUF13 çərçivəsində BMT texniki missiyası Bakıya səfər edib
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkilati koordinasiya, texniki və əməliyyat məsələləri ilə bağlı hazırlıq işlərinin müzakirəsi məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) texniki missiya üzvləri arasında görüşlər keçirilib.
05 fevral 2026
WUF13 üzrə Könüllülük Proqramı çərçivəsində “Dayanıqlı şəhərsalma və Davranışlar” mövzusunda 1 000-ə yaxın iştirakçı üçün təlimlər keçirilir
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Könüllülük Proqramının təlim mərhələsinə start verilmişdir. Üç gün ərzində davam edəcək sessiyalar çərçivəsində mərhələli şəkildə 1000 nəfərə yaxın iştirakçının “Dayanıqlı Şəhərsalma İnkişafı və Davranışlar” mövzusunda təşkil olunan seminarlarda iştirakı nəzərdə tutulur.
04 fevral 2026