Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası - Bakı, Azərbaycan
HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ:
TƏHLÜKƏSİZ VƏ DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
Azərbaycanın paytaxtı Bakıda keçiriləcək və ‘Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri’ mövzusuna həsr olunmuş WUF13 qlobal mənzil çağırışlarını ön plana çəkərək mənzil təminatını inklüzivlik və davamlılığın əsas amili kimi araşdıracaq və Yeni Şəhər Gündəliyinin icrasının formalaşdırılmasına töhfə verəcəkdir.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.
Xəbərlər
WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) münasibətilə şəhərə gələn qonaqlar və sakinlər üçün yarmarka təşkil edilib.
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı tərəfindən təsis edilib
Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat – Bakı Şəhərsalma Mükafatını (Baku Urban Award) təsis edir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində xarici media nümayəndələri üçün Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edilib
Azərbaycanın inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə 2026-cı ilin 17–22 may tarixlərində ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edilib.
Bakı şəhəri
Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyasına
ev sahibliyi edir
Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyasına
ev sahibliyi edir
Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyasına
ev sahibliyi edir
QEYDİYYATDAN İNDİ KEÇİN!
2026-cı il mayın 17-dən 22-dək Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına qeydiyyat davam edir.